• Home  
  • Hindistanda beş ulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
- Dünya - Gündəm - Hadisə

Hindistanda beş ulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb

Hindistanın Benqaluru şəhərində yerləşən “Conrad” beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. Əks-səda “NDTV”yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzda baş verib. Ölənlər Almaniya və Slovakiya vətəndaşları idilər. Onların hər ikisi hoteldə qalırdı. Zərərçəkənləri xilas etməyə çalışan daha iki nəfər xəsarət alıb. Onların […]

Hindistanın Benqaluru şəhərində yerləşən “Conrad” beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir.

Əks-səda “NDTV”yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzda baş verib.

Ölənlər Almaniya və Slovakiya vətəndaşları idilər. Onların hər ikisi hoteldə qalırdı. Zərərçəkənləri xilas etməyə çalışan daha iki nəfər xəsarət alıb. Onların arasında həmin hoteldə qalan ABŞ vətəndaşı və hovuzun hindistanlı əməkdaşı da var.

NDTV telekanalının məlumatına görə, həlak olan Almaniya vətəndaşının həyat yoldaşı polisə şikayət edib. Şikayətdə hovuzun lazımi qaydada saxlanılmaması ilə əlaqədar “Conrad” hotelinin rəhbərliyinə qarşı səhlənkarlıq ittihamı da yer alıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.