• Home  
  • Misirdə yük maşınının mikroavtobusla toqquşması nəticəsində 10 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Misirdə yük maşınının mikroavtobusla toqquşması nəticəsində 10 nəfər ölüb

Qahirənin cənubundakı Giza əyalətində (Misir) avtomagistralda yük maşınının mikroavtobusla toqquşması nəticəsində azı 10 nəfər ölüb, 24 nəfər isə yaralanıb. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb. Qəzadan sonra hadisə yerinə 20 təcili tibbi yardım maşını göndərilib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qurumun məlumatına görə, 10 yaralının vəziyyəti qeyri-sabit qiymətləndirilir, daha […]

Qahirənin cənubundakı Giza əyalətində (Misir) avtomagistralda yük maşınının mikroavtobusla toqquşması nəticəsində azı 10 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzadan sonra hadisə yerinə 20 təcili tibbi yardım maşını göndərilib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qurumun məlumatına görə, 10 yaralının vəziyyəti qeyri-sabit qiymətləndirilir, daha 14 nəfər isə yüngül və orta ağır dərəcəli xəsarətlər alıb.

Ehtimal olunur ki, qəzaya sürət həddinin aşılması və duman səbəb olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.