• Home  
  • Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub
- Dünya - Gündəm - Hadisə

Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub

Türkiyənin Manisa şəhərinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım maşını ilə traktorun toqquşması nəticəsində 6 nəfər yaralanıb. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə tibb, yanğınsöndürmə və jandarm qrupları göndərilib. Qəzada sürücülərlə yanaşı, təcili yardım maşınındakı 2 işçi və xəstə, eləcə də traktorda olan şəxs yaralanıb. Xəstəxanaya aparılan yaralıların vəziyyəti yaxşıdır. Qəza səbəbindən bir […]

Türkiyənin Manisa şəhərinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım maşını ilə traktorun toqquşması nəticəsində 6 nəfər yaralanıb.

Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə tibb, yanğınsöndürmə və jandarm qrupları göndərilib.

Qəzada sürücülərlə yanaşı, təcili yardım maşınındakı 2 işçi və xəstə, eləcə də traktorda olan şəxs yaralanıb. Xəstəxanaya aparılan yaralıların vəziyyəti yaxşıdır.

Qəza səbəbindən bir müddət gediş-gəlişə bağlanan yolda hərəkət bərpa olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.