• Home  
  • Pakistanda hücum zamanı iki polis öldürülüb
- Dünya - Gündəm - Hadisə

Pakistanda hücum zamanı iki polis öldürülüb

Pakistanın şimal-qərbində əhalini poliomielitə qarşı peyvənd edən tibb işçilərinin təhlükəsizliyini təmin etdikləri ərazidə baş verən hücum nəticəsində 2 polis ölüb, 1-i isə yaralanıb. Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, hücum Əfqanıstanla həmsərhəd olan Xayber-Paxtunxva əyalətinin Mohmand rayonunda baş verib. Polis əməkdaşı Ayaz Xanın sözlərinə görə, polislər peyvənd edən tibb işçilərini müşayiət etmək üçün qonşu kəndə […]

Pakistanın şimal-qərbində əhalini poliomielitə qarşı peyvənd edən tibb işçilərinin təhlükəsizliyini təmin etdikləri ərazidə baş verən hücum nəticəsində 2 polis ölüb, 1-i isə yaralanıb.

Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, hücum Əfqanıstanla həmsərhəd olan Xayber-Paxtunxva əyalətinin Mohmand rayonunda baş verib.

Polis əməkdaşı Ayaz Xanın sözlərinə görə, polislər peyvənd edən tibb işçilərini müşayiət etmək üçün qonşu kəndə gedərkən hərəkətdə olan motosikletdən onlara atəş açılıb.

Hücum edənlər hadisə yerindən qaçıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.