• Home  
  • Ermənistan İstintaq Komitəsi Samvel Karapetyan və Narek Karapetyanın evində axtarışlar aparır
- Dünya - Gündəm - KriminaI

Ermənistan İstintaq Komitəsi Samvel Karapetyan və Narek Karapetyanın evində axtarışlar aparır

Ermənistan İstintaq Komitəsinin müstəntiqləri “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evində axtarışlar aparırlar. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Axtarışlar həmçinin Karapetyanlarla əlaqəli digər ünvanlarda da aparılır. Qeyd edək ki, Samvel Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə […]

Ermənistan İstintaq Komitəsinin müstəntiqləri “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evində axtarışlar aparırlar.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Axtarışlar həmçinin Karapetyanlarla əlaqəli digər ünvanlarda da aparılır.

Qeyd edək ki, Samvel Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs olunub və ev dustaqlığı barədə qərara qədər Milli Təhlükəsizlik Xidmətinin cəzaçəkmə müəssisəsində saxlanılıb.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, İqtisadi cinayətlərin və qaçaqmalçılığın istintaqı üzrə Baş İdarə tərəfindən araşdırılan cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.