İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən iş yerlərini hədəf alan hücumlar və cinayətkar qruplaşmaların fəaliyyəti ilə bağlı əməliyyat keçirilib.
Əks-səda xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, İstanbul mərkəzli olmaqla 3 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli saxlanılıb.
Polis orqanları cinayətlərin və cinayətkarların cəzasız qalmaması üçün bu istiqamətdə mübarizənin və əməliyyatların qətiyyətlə davam etdiriləcəyini açıqlayıb.
Şehir Eşkıyalarına Yönelik Operasyon🚨 Organize Suçlarla Mücadele Şube Müdürlüğümüzce⬇️ #İstanbul merkezli 3️⃣ ilde, iş yerlerini hedef alan saldırılar ve suç örgütü faaliyetlerine yönelik düzenlenen eş zamanlı operasyonlarda: 1️⃣2️⃣ Şüpheli şahıs yakalandı. Hiçbir suç ve suçlunun cezasız kalmaması için şehir eşkıyalarına yönelik yürüttüğümüz mücadelemiz ve operasyonlarımız kararlılıkla devam edecek.❗ #İstanbulunHuzuru 🇹🇷 #TürkiyeninHuzuru 🇹🇷
— İstanbul Emniyet Müdürlüğü (@istanbul_EGM) November 6, 2026


