Rusiyanın noyabrın 2-də Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
Əks-səda “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikin “Telegram”da bildirib.
“Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində artıq 53 nəfər həlak olub”, – o yazıb.
Qeyd edək ki, daha əvvəl 37 nəfərin öldüyü barədə məlumat verilmişdi.


