• Home  
  • UEFA Konfrans Liqası: “Zirə”nin Gürcüstana səfər proqramı bəlli olub
- Gündəm - Idman

UEFA Konfrans Liqası: “Zirə”nin Gürcüstana səfər proqramı bəlli olub

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Torpedo”nun qonağı olacaq “Zirə”nin səfər proqramı bəlli olub. “Əks-səda” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qartallar” iyulun 14-də çarter reysi ilə Kutaisiyə yollanacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq. İyulun 15-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi baş tutacaq. “Zirə”ni səfər qarşılaşmasında nə […]

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Torpedo”nun qonağı olacaq “Zirə”nin səfər proqramı bəlli olub.

Əks-səda” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qartallar” iyulun 14-də çarter reysi ilə Kutaisiyə yollanacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq.

İyulun 15-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi baş tutacaq.

“Zirə”ni səfər qarşılaşmasında nə qədər azarkeşin dəstəkləyəcəyi isə hələlik bəlli deyil.

Xatırladaq ki, “Torpedo” – “Zirə” oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.