Rusiyanın Belqorod vilayətində Ukraynanın zərbələri nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Əks-səda” xəbər verir ki, bu barədə region qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, ötən sutka ərzində 91 zərbə endirilib.
Ölüm halları Borisov və Krasnoyarujsk dairələrində qeydə alınıb. Hava hücumundan müdafiə heyətləri və cəlb olunmuş bölmələr 124 PUA vurub.


