• Home  
  • Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
- Gündəm - Idman - Ölkə

Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır

Bu gün Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxacaq. “Əks-səda” xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə qarşılaşacaq. İlk dueldə rəqibini məğlub edən təmsilçimiz səfərdə üstünlüyünü qorumağa çalışacaq. Qeyd edək ki, cütün qalibi II turda Şimali Makedoniyanın “Vardar” və Finlandiyanın KuPS klublarının (ilk oyun: 0:2) arasında […]

Bu gün Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxacaq.

Əks-səda” xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə qarşılaşacaq.

İlk dueldə rəqibini məğlub edən təmsilçimiz səfərdə üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, cütün qalibi II turda Şimali Makedoniyanın “Vardar” və Finlandiyanın KuPS klublarının (ilk oyun: 0:2) arasında keçiriləcək oyunun güclüsü ilə qarşılaşacaq.

21:30 TNS (Uels) – “Sabah” (Azərbaycan)

Osvestry, Park Hall Stadionu

Baş hakim: Mateo Buskets Ferrer (İspaniya)

İlk oyun: 0:2

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.