• Home  
  • İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
- Dünya - Gündəm - Texnologiya

İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır

İran raketlərinin uçuş məsafəsini 15 min kilometrə qədər artırmağa hazırlaşır. Əks-səda xəbər verir ki, bu barədə İranın ali rəhbərinin nümayəndəsi Əbdül-Nəbi Musəvi bildirib. Onun sözlərinə görə, belə bir raketin yaradılması İranın ABŞ-ın kontinental hissəsinə qədər zərbə endirməsinə imkan verə bilər. Musəvi Fard, həmçinin İsrailə qarşı “qisas” çağırışı edib və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsini istəyib. […]

İran raketlərinin uçuş məsafəsini 15 min kilometrə qədər artırmağa hazırlaşır.

Əks-səda xəbər verir ki, bu barədə İranın ali rəhbərinin nümayəndəsi Əbdül-Nəbi Musəvi bildirib.

Onun sözlərinə görə, belə bir raketin yaradılması İranın ABŞ-ın kontinental hissəsinə qədər zərbə endirməsinə imkan verə bilər.

Musəvi Fard, həmçinin İsrailə qarşı “qisas” çağırışı edib və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsini istəyib. O, İran raketlərinin artıq Qüdsə çatmaq imkanına malik olduğunu bildirib.

İranın hazırda Yaxın Şərqdə ən böyük və müxtəlif raket arsenalına malik ölkə olduğu bildirilir. Tehran həmçinin yeraltı raket obyektləri şəbəkəsi, pilotsuz uçuş aparatları və hipersəs sistemləri üzərində iş aparır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.