• Home  
  • Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
- Gündəm - Ölkə - Siyasət

Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa Bakıda Zəfər parkını ziyarət edib. “Əks-səda” xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fələstin Dövlətinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub. Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı […]

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa Bakıda Zəfər parkını ziyarət edib.

Əks-səda” xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fələstin Dövlətinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.