Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib.
“Əks-səda” xəbər verir ki, parlamentin iclasında Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülmüş Koretskinin namizədliyinin lehinə 289 xalq deputatı səs verib.
S.Koretski hökumət başçısı postunda 2025-ci il iyulun 17-dən baş nazir vəzifəsində çalışan Yuliya Sviridenkonu əvəzləyib.
Qeyd edək ki, S.Koretski bu təyinata qədər “Naftoqaz Ukrayna” Milli Səhmdar Şirkətinin İdarə Heyətinin rəhbəri olub.


