• Home  
  • Peruda güclü zəlzələ nəticəsində altı nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Peruda güclü zəlzələ nəticəsində altı nəfər ölüb

Peruda 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib. “Təəssüf ki, altı nəfər həlak olub. Biz artıq onların yaxınlarına başsağlığı vermişik, həmçinin bir neçə yaxın əraziyə baş çəkmişik”, – deyə o, bildirib. Hökumət rəhbərinin məlumatına görə, zəlzələ nəticəsində […]

Peruda 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib.

“Təəssüf ki, altı nəfər həlak olub. Biz artıq onların yaxınlarına başsağlığı vermişik, həmçinin bir neçə yaxın əraziyə baş çəkmişik”, – deyə o, bildirib.

Hökumət rəhbərinin məlumatına görə, zəlzələ nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.

Peru Geofizika İnstitutunun məlumatına əsasən, 5,1 bal gücündə zəlzələ şənbə günü yerli vaxtla axşam saatlarında ölkənin mərkəzi hissəsində yerləşən Xunin departamentində, Çupaka şəhərindən 7 kilometr cənubda baş verib. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə yerləşib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.