• Home  
  • İspaniyada temperatur rekordu qeydə alınıb
- Cəmiyyət - Dünya - Gündəm - Hadisə

İspaniyada temperatur rekordu qeydə alınıb

İspaniyada meteoroloji müşahidələr tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu qeydə alınıb. Sentyabrın 3-də Əndəlüs muxtar icmasının El-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcəni göstərib. Əks-səda xəbər verir ki, bu barədə “Aemet” meteorologiya agentliyi məlumat yayıb. Qurumun məlumatına görə, bu rəqəm cari ildə ölkə ərazisində qeydə alınan ən yüksək göstərici olub. Bildirilib ki, havanın temperaturu 2016-cı ildə Montoro […]

Dünya

İspaniyada meteoroloji müşahidələr tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu qeydə alınıb. Sentyabrın 3-də Əndəlüs muxtar icmasının El-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcəni göstərib.

Əks-səda xəbər verir ki, bu barədə “Aemet” meteorologiya agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, bu rəqəm cari ildə ölkə ərazisində qeydə alınan ən yüksək göstərici olub. Bildirilib ki, havanın temperaturu 2016-cı ildə Montoro bələdiyyəsində qeydə alınmış tarixi sentyabr maksimumuna yenidən çatıb.

Bundan əvvəl ispaniyalı meteoroloqlar ölkədə 2026-cı ilin ilk yarısının son 65 ilin ən isti dövrü olduğunu bildirmişdilər. Cari ilin iyun ayı ikinci ən isti iyun, iyul isə 1961-ci ildən bəri aparılan müşahidələr tarixində ən isti və quraq ay kimi tarixə düşüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.