• Home  
  • Almaniyada bıçaqlı insident zamanı 8 nəfər xəsarət alıb
- Dünya - Gündəm - KriminaI

Almaniyada bıçaqlı insident zamanı 8 nəfər xəsarət alıb

Almaniyanın Bavariya əyalətində keçirilən tədbirdə baş verən bıçaqlı insident nəticəsində 8 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə Eqqlinq kommunasında baş verib. Hücum zamanı 16 yaşlı yeniyetmə qolundan ağır bıçaq xəsarəti alıb. Şübhəli hadisə yerindən qaçıb. Təxminən 700 nəfərin iştirak etdiyi tədbirdə yaranan qarışıqlıq zamanı […]

Almaniyanın Bavariya əyalətində keçirilən tədbirdə baş verən bıçaqlı insident nəticəsində 8 nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Eqqlinq kommunasında baş verib. Hücum zamanı 16 yaşlı yeniyetmə qolundan ağır bıçaq xəsarəti alıb. Şübhəli hadisə yerindən qaçıb.

Təxminən 700 nəfərin iştirak etdiyi tədbirdə yaranan qarışıqlıq zamanı daha bir neçə nəfər də xəsarət alıb. Polis bir neçə şəxsi saxlayıb, hücumçunun axtarışları isə davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.