• Home  
  • Yaponiyada ölüm hökmü icra edilib
- Dünya - Gündəm - Hadisə

Yaponiyada ölüm hökmü icra edilib

Yaponiyada avqustun 21-də ölüm hökmü icra edilib. Əks-səda Yaponiya İctimai Televiziyasına istinadən xəbər verir ki, bu, ölkədə 2025-ci ilin yayından bəri həyata keçirilən ilk edamdır. Bundan əlavə, bu, 2025-ci ilin payızında Sanae Takaçinin rəhbərlik etdiyi hökumətin formalaşmasından sonra ədliyyə nazirinin icrasına göstəriş verdiyi ilk ölüm hökmü olub. Hakimiyyət orqanları hökmün hansı cinayət işi üzrə icra edildiyini […]

Yaponiya, hadisə

Yaponiyada avqustun 21-də ölüm hökmü icra edilib.

Əks-səda Yaponiya İctimai Televiziyasına istinadən xəbər verir ki, bu, ölkədə 2025-ci ilin yayından bəri həyata keçirilən ilk edamdır.

Bundan əlavə, bu, 2025-ci ilin payızında Sanae Takaçinin rəhbərlik etdiyi hökumətin formalaşmasından sonra ədliyyə nazirinin icrasına göstəriş verdiyi ilk ölüm hökmü olub.

Hakimiyyət orqanları hökmün hansı cinayət işi üzrə icra edildiyini hələlik açıqlamayıb. Yaponiyada ölüm hökmü asılma yolu ilə həyata keçirilir.

Qeyd edək ki, Yaponiyada ölüm hökmünün saxlanılması cəmiyyətdə geniş dəstəyə malikdir. Yaponiya hökumətinin 2025-ci ildə keçirdiyi sorğuya əsasən, ölkə əhalisinin 80 faizindən çoxu ölüm hökmünün saxlanılmasının tərəfdarıdır. Respondentlərin 16,5 faizi isə ölüm hökmünün ləğv edilməsini dəstəkləyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.