• Home  
  • Macarıstanda anomal istilər Dunay çayında suyun səviyyəsini azaldıb
- Dünya - Gündəm - Maraqlı

Macarıstanda anomal istilər Dunay çayında suyun səviyyəsini azaldıb

Avropada müşahidə olunan anomal istilər Macarıstanda Dunay çayında suyun səviyyəsinin kəskin enməsinə səbəb olub. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Su Təsərrüfatı İdarəsi məlumat yayıb. Məlumata görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub. Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək […]

Avropada müşahidə olunan anomal istilər Macarıstanda Dunay çayında suyun səviyyəsinin kəskin enməsinə səbəb olub.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Su Təsərrüfatı İdarəsi məlumat yayıb.

Məlumata görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub. Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək davam edəcək və bu vəziyyət ölkənin cənub bölgələrində, o cümlədən Baya və Moxaç şəhərlərində də müşahidə olunur. Suyun azalması gəmiçiliyə, xüsusilə turizm kruizlərinə mənfi təsir göstərib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.