• Home  
  • Ötən həftə azad olunan ərazilərdə 1 959,5 hektar ərazi minalardan təmizlənib
- Gündəm - Ölkə

Ötən həftə azad olunan ərazilərdə 1 959,5 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyulun 13-dən 19-na qədər 28 tank əleyhinə mina, 200 piyada əleyhinə mina, 630 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 1 959,5 hektar ərazi minalardan təmizlənib. Qeyd edək […]

Azad olunan ərazilərdə iyulun 13-dən 19-na qədər 28 tank əleyhinə mina, 200 piyada əleyhinə mina, 630 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1 959,5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli və bir qeyri -hökümət təşkilatı Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.