• Home  
  • İlham Əliyev İspaniyanın futbol üzrə dünya çempionu olması münasibəti ilə Kralı təbrik edib
- Manşet - Ölkə - Rəsmi

İlham Əliyev İspaniyanın futbol üzrə dünya çempionu olması münasibəti ilə Kralı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb. Əks-səda xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət, 2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Futbol üzrə dünya birinciliyinin […]

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Əks-səda xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram”.

Qeyd edək ki, iyulun 19-da futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentina millisi üzərində 1:0 hesabı ilə qələbə qazanaraq ikinci dəfə dünya çempionu olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.