• Home  
  • ABŞ “Qızıl qübbə”nin sınaqlarını uğurla başa çatdırdı
- Dünya - Gündəm - Texnologiya

ABŞ “Qızıl qübbə”nin sınaqlarını uğurla başa çatdırdı

ABŞ-nin “Qızıl qübbə” raketdən müdafiə sisteminin (RMS) hazırlanmasında iştirak edən bir neçə podratçı şirkət ilk sınaqları yekunlaşdırıb. Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getleynə istinadən məlumat yayıb. Generalın sözlərinə görə, “SpaceX” və “Northrop Grumman” da daxil olmaqla, bir neçə şirkət “Qızıl qübbə” sistemi üzrə özlərinin ilk əsas testlərini uğurla […]

ABŞ-nin “Qızıl qübbə” raketdən müdafiə sisteminin (RMS) hazırlanmasında iştirak edən bir neçə podratçı şirkət ilk sınaqları yekunlaşdırıb.

Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getleynə istinadən məlumat yayıb.

Generalın sözlərinə görə, “SpaceX” və “Northrop Grumman” da daxil olmaqla, bir neçə şirkət “Qızıl qübbə” sistemi üzrə özlərinin ilk əsas testlərini uğurla həyata keçiriblər. Agentliyin məlumatına əsasən, podratçılar üçün sınaq proqramı çərçivəsində məlumatların sensorlardan ələkeçiriciyə ötürülməsinin yoxlanılması, eyni zamanda güc qurğularının nümayişi yer alıb.

İlkin test seriyası başa çatdıqdan sonra şirkətlər sınaqların növbəti mərhələsinə keçməlidirlər. Bu faza isə hazırlanmış texnologiyaların kosmik fəzada fəaliyyət imkanlarının nümayiş etdirilməsinə yönələcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.