• Home  
  • Qaradağda avtomobildən 20 min manata yaxın oğurluq olub
- Gündəm - KriminaI

Qaradağda avtomobildən 20 min manata yaxın oğurluq olub

Qaradağ rayonunda “Hyundai” markalı avtomobildən 19 800 manat oğurlamaqda şübhəli bilinən 33 yaşlı O.İbrahimov saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla yanaşı, rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı […]

Qaradağ rayonunda “Hyundai” markalı avtomobildən 19 800 manat oğurlamaqda şübhəli bilinən 33 yaşlı O.İbrahimov saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.