Lənkəran rayonunda avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb.
Əks-səda xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Opel Astra” markalı avtomobil idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub.
Ətrafdakıların köməyi ilə T.Şərifov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.


