• Home  
  • Nigeriyanın şimal-qərbində kənd sakinlərinə hücum edilib, onlarla ölü var
- Dünya - Gündəm - Hadisə

Nigeriyanın şimal-qərbində kənd sakinlərinə hücum edilib, onlarla ölü var

Nigeriyanın şimal-qərbindəki Kaduna ştatında kəndə silahlı hücum nəticəsində azı 30 nəfər ölüb. Əks-səda xəbər verir ki, hücum Kauru yerli özünüidarəetmə rayonunun Naridon kəndində baş verib. Kəndin başçısının katibi Doqon Rananın sözlərinə görə, silahlı şəxslər yaşayış məntəqəsinə soxularaq ətrafa atəş açıb və yaşayış evlərini yandırıblar. Hücum nəticəsində 8-i uşaq olmaqla azı 30 nəfər ölüb. Daha 4 uşaq […]

Nigeriyanın şimal-qərbindəki Kaduna ştatında kəndə silahlı hücum nəticəsində azı 30 nəfər ölüb.

Əks-səda xəbər verir ki, hücum Kauru yerli özünüidarəetmə rayonunun Naridon kəndində baş verib.

Kəndin başçısının katibi Doqon Rananın sözlərinə görə, silahlı şəxslər yaşayış məntəqəsinə soxularaq ətrafa atəş açıb və yaşayış evlərini yandırıblar. Hücum nəticəsində 8-i uşaq olmaqla azı 30 nəfər ölüb. Daha 4 uşaq isə yaralanıb.

Yerli gənclər təşkilatının rəhbəri İşaya Dava bildirib ki, hücumun qurbanları qadınlar, uşaqlar və yaşlı insanlar olub. Onun sözlərinə görə, hücum edənlər gizləniblər.

Bölgədə fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti hələ ki, öz üzərinə götürməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.