• Home  
  • Lənkəranda yaşayış evi yanıb
- Gündəm - Hadisə - Ölkə

Lənkəranda yaşayış evi yanıb

Lənkəran rayonunda fərdi yaşayış evi yanıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Viyən kəndində baş verib. Yanğın 1977-ci il təvəllüdlü kənd sakini İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yaranıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon […]

Lənkəran rayonunda fərdi yaşayış evi yanıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Viyən kəndində baş verib.

Yanğın 1977-ci il təvəllüdlü kənd sakini İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yaranıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və 14 nəfər şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.