• Home  
  • Azərbaycanın minifutbol üzrə U-23 millisi Qazaxıstan yığmasına qalib gəlib
- Gündəm - Idman - Ölkə

Azərbaycanın minifutbol üzrə U-23 millisi Qazaxıstan yığmasına qalib gəlib

Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb. İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib. Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır. Qeyd edək ki, Azərbaycan […]

Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.

İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib.

Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də startı veriləcək dünya çempionatının B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.