• Home  
  • Anna Akopyana qarşı xuliqanlıqla bağlı cinayət işi açıldı
- Dünya - Gündəm

Anna Akopyana qarşı xuliqanlıqla bağlı cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana qarşı xuliqanlıq hərəkətləri ilə bağlı cinayət işi açıb. Əks-səda xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib. “İnformasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törədilməsi faktı üzrə cinayət işi başlanıb. Qeyd edək ki, zorakılığa açıq çağırışlar edilməsi faktı […]

Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana qarşı xuliqanlıq hərəkətləri ilə bağlı cinayət işi açıb.

Əks-səda xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

“İnformasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törədilməsi faktı üzrə cinayət işi başlanıb. Qeyd edək ki, zorakılığa açıq çağırışlar edilməsi faktı ilə bağlı başqa bir cinayət işi üzrə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan olunub”, – deyə o bildirib.

Xatırladaq ki, iyulun 28-də Paşinyanın həyat yoldaşı Anna Akopyan “Facebook” səhifəsində məişət zorakılığı mövzusunda paylaşımlar etdikdən sonra ünvanına təhdid xarakterli mesajlar gəldiyini açıqlamışdı.

Bununla yanaşı, yayılan skrinşotlardan görünür ki, şərhlərin müəllifləri təhqiramiz ifadələr işlətsələr də, Akopyanın həyatına birbaşa təhdid səsləndirməyiblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.