İspaniyanın Afrikanın şimal sahillərində yerləşən Seuta muxtar şəhərinə üzərək çatmağa çalışan azı 18 nəfər həlak olub.
Əks-səda xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.
Yerli KİV-lərin daha əvvəl yaydığı məlumata görə, son bir həftə ərzində 1 500-dən çox miqrant Mərakeşdən üzərək Seutaya çatıb. Muxtar şəhərə gələnlərin dəqiq sayı hələ açıqlanmayıb.
Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə hərbçilərin cəlb edilməsi barədə qərar qəbul edib.
İyulun 31-də İspaniyanın Baş naziri Pedro Sançes və daxili işlər naziri Fernando Qrande-Marlaskanın Seutaya səfər etməsi planlaşdırılır.


