• Home  
  • Fransa miqrant axını səbəbindən İspaniya ilə sərhəd nəzarətini gücləndirib
- Dünya - Gündəm

Fransa miqrant axını səbəbindən İspaniya ilə sərhəd nəzarətini gücləndirib

Fransa Mərakeşdən İspaniyanın muxtar şəhəri Seutaya qeyri-qanuni miqrant axını ilə əlaqədar İspaniya ilə sərhəddə sərhəd nəzarətini gücləndirib. Əks-səda xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib: “Seuta anklavında yaranmış vəziyyətlə əlaqədar, mən İspaniya sərhədində sərhəd nəzarətinin dərhal gücləndirilməsi barədə göstəriş vermişəm”. Qanunsuz miqrantların Seutaya axını ilə əlaqədar […]

Fransa Mərakeşdən İspaniyanın muxtar şəhəri Seutaya qeyri-qanuni miqrant axını ilə əlaqədar İspaniya ilə sərhəddə sərhəd nəzarətini gücləndirib.

Əks-səda xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib:

“Seuta anklavında yaranmış vəziyyətlə əlaqədar, mən İspaniya sərhədində sərhəd nəzarətinin dərhal gücləndirilməsi barədə göstəriş vermişəm”.

Qanunsuz miqrantların Seutaya axını ilə əlaqədar İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Roma İspaniya ilə Şengen sazişinin fəaliyyətini dayandırmağa hazırdır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.