Latviya Belarusla sərhədi bağlayıb, vətəndaşlara ölkəyə qayıtmaq üçün digər marşrutlardan istifadə etmələri tövsiyə olunur.
Əks-səda xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava sosial şəbəkələrdə məlumat verib.
“Texniki səbəblərə görə Latviya-Belarus sərhədi bağlanıb. Hələ Latviyaya qayıtmayanlardan digər marşrutlardan istifadə etmələrini xahiş edirik”, – Dombrava qeyd edib.
Latviya Dövlət Sərhəd Xidmətindən “Paternieki” sərhəd nəzarət məntəqəsində informasiya sistemlərinin işində nasazlığın yarandığını və bu səbəbdən sərhəd nəzarətinin həyata keçirilməsinin müvəqqəti olaraq qeyri-mümkün olduğunu təsdiqləyiblər.
Qeyd edək ki, daha əvvəl Dombrava Latviya vətəndaşlarını Belarusa səfər etməkdən çəkinməyə çağırmışdı.


