Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, Dunay çayında suyun səviyyəsinin azalması səbəbindən “Pakş” atom elektrik stansiyasının (AES) fəaliyyəti tamamilə dayandırılacaq.
Əks-səda xəbər verir ki, bu barədə hökumət başçısı özünün sosil şəbəkə hesablarında yazıb.
Onun sözlərinə görə, avqustun 2-nə keçən gecə stansiyanın bir enerji bloku söndürüləcək, bundan sonra onun gücü 240 meqavata qədər azalacaq.
“Sabah səhər, 44 il ərzində ilk dəfə olaraq stansiyanın işi tamamilə dayandırılacaq”, – Madyar qeyd edib.
O izah edib ki, buna səbəb isti havaya görə Dunay çayının dayazlaşmasıdır.


