• Home  
  • Çində leysan səbəbindən təxminən 65 min nəfər təxliyə edilib
- Dünya - Gündəm - Hadisə

Çində leysan səbəbindən təxminən 65 min nəfər təxliyə edilib

Çin hakimiyyəti ölkənin cənub-qərbindəki Sıçuan vilayətində güclü leysan və daşqın təhlükəsi səbəbindən təxminən 65 min nəfəri təxliyə edib. Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, avqustun 1-də vilayətin bir neçə şəhərinə, o cümlədən inzibati mərkəzi olan Çenduya yenidən leysan yağışları yağıb. Bəzi rayonlarda bir sutka ərzində 186 mm-ə qədər yağıntı […]

Çin hakimiyyəti ölkənin cənub-qərbindəki Sıçuan vilayətində güclü leysan və daşqın təhlükəsi səbəbindən təxminən 65 min nəfəri təxliyə edib.

Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, avqustun 1-də vilayətin bir neçə şəhərinə, o cümlədən inzibati mərkəzi olan Çenduya yenidən leysan yağışları yağıb. Bəzi rayonlarda bir sutka ərzində 186 mm-ə qədər yağıntı düşüb.

Rəsmi məlumatlara görə, may ayında başlayan daşqın mövsümünün əvvəlindən bəri Sıçuanda ümumilikdə 881 min nəfər təxliyə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.