• Home  
  • Konqoda Eboladan 1 600 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Konqoda Eboladan 1 600 nəfər ölüb

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 1 600-ü ötüb. Əks-səda xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yaşareviç bildirib. “Avqustun 1-nə olan məlumata görə, 3 748 təsdiqlənmiş hal qeydə alınıb, onlardan 1 657-si ölüm halıdır”, – o qeyd edib. Onun sözlərinə görə, epidemiya sürətlə yayılır: “Cavab tədbirlərinin miqyasını […]

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 1 600-ü ötüb.

Əks-səda xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yaşareviç bildirib.

“Avqustun 1-nə olan məlumata görə, 3 748 təsdiqlənmiş hal qeydə alınıb, onlardan 1 657-si ölüm halıdır”, – o qeyd edib.

Onun sözlərinə görə, epidemiya sürətlə yayılır: “Cavab tədbirlərinin miqyasını genişləndirmək üçün bizə təkcə maliyyə baxımından deyil, həm də digər resurslar şəklində əlavə dəstək lazımdır”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.