• Home  
  • Cənubi Koreyada istilər səbəbindən 16 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Cənubi Koreyada istilər səbəbindən 16 nəfər ölüb

Cənubi Koreyada anomal istilər nəticəsində 16 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyi Cənubi Koreya Prezidenti Li Çje Myonun sözlərinə istinadən məlumat yayıb. “Biz böhranlarla mübarizə üzrə milli sistemin köklü şəkildə yenidən qurulması üçün səy göstərməliyik, çünki bu ekstremal hava şəraiti normaya çevrilir”, – o qeyd edib. Milli Meteorologiya Agentliyindən bildirilib ki, avqustun 2-də […]

Cənubi Koreyada anomal istilər nəticəsində 16 nəfər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyi Cənubi Koreya Prezidenti Li Çje Myonun sözlərinə istinadən məlumat yayıb.

“Biz böhranlarla mübarizə üzrə milli sistemin köklü şəkildə yenidən qurulması üçün səy göstərməliyik, çünki bu ekstremal hava şəraiti normaya çevrilir”, – o qeyd edib.

Milli Meteorologiya Agentliyindən bildirilib ki, avqustun 2-də havanın temperaturu son 122 ilin maksimumuna – 42,5°C-yə çatıb. Növbəti gün meteorologiya xidməti ilk dəfə olaraq Seulun bəzi rayonları üçün şiddətli isti ilə bağlı xəbərdarlıq yayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.