ABŞ-nin Virciniya Ştat Universitetində baş verən atışma nəticəsində beş nəfər yaralanıb.
Əks-səda ABC News telekanalına istinadən xəbər verir ki, hadisə universitet şəhərciyinin ərazisində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xidmət aparırlar.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kritikdir.
Atışma ilə bağlı hələlik heç kim saxlanılmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.


