• Home  
  • Ukrayna ordusu Rusiyada kosmik mərkəzi “Flaminqo” raketləri ilə hədəfə alıb
- Dünya - Gündəm - Hadisə

Ukrayna ordusu Rusiyada kosmik mərkəzi “Flaminqo” raketləri ilə hədəfə alıb

Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyaları mərkəzi “Proqres”ə hücum edib. Əks-səda “UNIAN“a istinadən xəbər verir ki, hücum “Flaminqo” raketləri ilə həyata keçirilib. Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub. Ukrayna ordusu Samaradakı “Proqres” mərkəzinin “Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib. “Soyuz-2” isə Rusiyanın “Rassvet” […]

Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyaları mərkəzi “Proqres”ə hücum edib.

Əks-səda “UNIAN“a istinadən xəbər verir ki, hücum “Flaminqo” raketləri ilə həyata keçirilib.

Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub.

Ukrayna ordusu Samaradakı “Proqres” mərkəzinin “Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib.

“Soyuz-2” isə Rusiyanın “Rassvet” internet peykinin kosmosa yerləşdirilməsi üçün istifadə olunur.

Bundan başqa, Ukraynanın hücumları nəticəsində Nijni Novqorod bölgəsində “Savasleyka” aerodromunda da partlayışlar və yanğın baş verib.

Bu aerodromda “MIG-31K” qırıcı təyyarələrinin yerləşdiyi qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.