• Home  
  • ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
- Dünya - Gündəm - Hadisə

ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb

ABŞ hərbçiləri Oman körfəzində kommersiya gəmisini sıradan çıxarıblar. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. “CENTCOM qüvvələri noyabrın 7-də gəminin mülki heyəti xəbərdarlıqlara məhəl qoymadıqdan və İranın dəniz blokadasını yarmağa cəhd göstərdikdən sonra Oman körfəzində onu sıradan çıxarıb”, – məlumatda bildirilib. Qeyd olunub ki, Sent-Kits və […]

ABŞ hərbçiləri Oman körfəzində kommersiya gəmisini sıradan çıxarıblar.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“CENTCOM qüvvələri noyabrın 7-də gəminin mülki heyəti xəbərdarlıqlara məhəl qoymadıqdan və İranın dəniz blokadasını yarmağa cəhd göstərdikdən sonra Oman körfəzində onu sıradan çıxarıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Sent-Kits və Nevis bayrağı altında üzən “Huda” yük gəmisi İran limanına daxil olduqdan sonra regional sulardan çıxmağa cəhd göstərib.

Hərbçilərin bildirdiyinə görə, gəmiyə yüksək dəqiqlikli silahlarla arxa hissəsindən zərbə endirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.