• Home  
  • Dunay çayında suyun səviyyəsinin azalması Rumıniyada nüvə reaktorunun dayandırılmasına səbəb ola bilər
- Dünya - Gündəm

Dunay çayında suyun səviyyəsinin azalması Rumıniyada nüvə reaktorunun dayandırılmasına səbəb ola bilər

Rumıniyada Dunay çayında suyun səviyyəsinin davamlı azalması səbəbindən avqustun 13-də ölkədə fəaliyyət göstərən sonuncu nüvə reaktorunun da dayandırılması mümkündür. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, çayda suyun səviyyəsinin rekord həddə aşağı düşməsi iyulun sonunda “Çernavoda” Atom Elektrik Stansiyasının iki reaktorundan birinin dayandırılmasına səbəb olub. Stansiyanın iki enerji bloku Rumıniyada elektrik […]

Rumıniyada Dunay çayında suyun səviyyəsinin davamlı azalması səbəbindən avqustun 13-də ölkədə fəaliyyət göstərən sonuncu nüvə reaktorunun da dayandırılması mümkündür.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, çayda suyun səviyyəsinin rekord həddə aşağı düşməsi iyulun sonunda “Çernavoda” Atom Elektrik Stansiyasının iki reaktorundan birinin dayandırılmasına səbəb olub. Stansiyanın iki enerji bloku Rumıniyada elektrik enerjisi istehsalının təxminən beşdə birini təmin edir.

Qalan reaktorun fəaliyyətini davam etdirməsi üçün Dunay çayının yatağı dərinləşdirilib və su axını AES-ə doğru yönləndirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.