ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli sürətli katerə zərbə endirib, nəticədə dörd nəfər həlak olub.
Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
“Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini göstərirdi”, – komandanlığın “X” sosial şəbəkə hesabında paylaşılan məlumatında qeyd olunub.
ABŞ mətbuatının məlumatına görə, 2025-ci ilin payızında hücumlar başlayandan bəri ABŞ Silahlı Qüvvələrinin narkotacirlər tərəfindən istifadə edildiyi ehtimal olunan katerlərə endirdiyi zərbələrdə 230-dan çox insan ölüb.


