• Home  
  • ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək
- Dünya - Gündəm - Siyasət

ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək

ABŞ yaxın vaxtlarda İrana zərbələrin bərpası və ya onunla saziş bağlaması barədə qərar verəcək. Əks-səda xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bəlkə də onları darmadağın edəcəyik, ya da razılığa gələcəyik. Bu qərarı verməliyik. Vaxt başa çatır. Hər şey bu və ya digər şəkildə çox tezliklə bitəcək”, – o […]

Siyasət

ABŞ yaxın vaxtlarda İrana zərbələrin bərpası və ya onunla saziş bağlaması barədə qərar verəcək.

Əks-səda xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bəlkə də onları darmadağın edəcəyik, ya da razılığa gələcəyik. Bu qərarı verməliyik. Vaxt başa çatır. Hər şey bu və ya digər şəkildə çox tezliklə bitəcək”, – o qeyd edib.

Tramp həmçinin Hörmüz boğazına nəzarətlə bağlı vəziyyətin dəyişə biləcəyini vurğulayıb.

“İndi Hörmüz boğazından çoxlu miqdarda neft keçir. Biz onu idarə edirik. Amma düşünürəm ki, bu, həmişə dəyişə bilər”, – Ağ Ev rəhbəri bildirib və əlavə edib ki, son iki gündə boğazdan tarixdə əvvəlkindən daha çox neft keçib.

Bu arada, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X”də bildirib ki, iyulun ortalarında İranın dəniz blokadası yenidən tətbiq edildikdən sonra İslam Respublikası ilə əlaqəli 125 ticarət gəminin istiqamətini dəyişib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.