• Home  
  • “Azərbaycan Dəmir Yolları” sərnişin daşımasını 17 % artırıb
- Gündəm - İQTİSADİYYAT - Ölkə

“Azərbaycan Dəmir Yolları” sərnişin daşımasını 17 % artırıb

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 6,4 milyondan çox sərnişin daşıyıb. Əks-səda xəbər verir ki, bu barədə ADY mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (+16 %), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (+18 %) səfər edib. Bu […]

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 6,4 milyondan çox sərnişin daşıyıb.

Əks-səda xəbər verir ki, bu barədə ADY mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (+16 %), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (+18 %) səfər edib.

Bu ilin iyul ayında isə ümumilikdə 951 mindən çox sərnişin daşınıb ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 15 % artım qeydə alınıb.

Ötən ay Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12 % artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5 % artaraq 57 840 nəfərə çatıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.