• Home  
  • ADY sərnişin daşınmasını 19 % artırıb
- Cəmiyyət - Gündəm - Ölkə

ADY sərnişin daşınmasını 19 % artırıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb. Əks-səda xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım), rayonlararası marşrutlarla 433 min (17 % artım), […]

Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb.

Əks-səda xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım), rayonlararası marşrutlarla 433 min (17 % artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 75 500-dən çox sərnişin səfər edib.

Bu ilin sentyabr ayında ümumi sərnişindaşımada 24 % artım qeydə alınıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.