• Home  
  • Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb

ABŞ-nin Məxfi Xidmətinin əməkdaşları ölkə ərazisində qanunsuz gəzən və Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar. Əks-səda “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Hadisə noyabrın 5-də axşam baş verib. Kişi Konstitusiya prospektində dayanan avromaşında olarkən Məxfi Xidmətin əməkdaşları onun şübhəli davranışına diqqət yetiriblər. Agentlər […]

ABŞ-nin Məxfi Xidmətinin əməkdaşları ölkə ərazisində qanunsuz gəzən və Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar.

Əks-səda “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Hadisə noyabrın 5-də axşam baş verib. Kişi Konstitusiya prospektində dayanan avromaşında olarkən Məxfi Xidmətin əməkdaşları onun şübhəli davranışına diqqət yetiriblər.

Agentlər avtomobilə yaxınlaşanda kişi beynindəki səslərin ona Vaşinqtona gedib Amerika Prezidentini öldürməyi əmr etdiyini bildirib.

Avtomaşında aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silah və sursat aşkarlayıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.