Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
Əks-səda xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Belə ki, “Hyundai” və “VAZ – 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ – 2107” markalı nəqliyyat vasitəsində olan Ağcabədi rayonu Poladlı kənd sakinləri 1966-cı il təvəllüdlü Cəfərov Novruz və onun kiçik qardaşı 1970-ci il təvəllüdlü Cəfərov Tələt İsfəndiyar oğlu dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.


