• Home  
  • Afinada yaşayış binasında baş verən partlayışda 6 nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Afinada yaşayış binasında baş verən partlayışda 6 nəfər həlak olub

Sentyabrın 25-də Afinanın mərkəzində yerləşən Plaka rayonunda güclü partlayış və ardınca baş verən yanğın nəticəsində üçmərtəbəli yaşayış binası tamamilə uçub, altı nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə yerli ERT-News telekanalı məlumat yayıb. Qeyd olunub ki, dağıntıların təmizlənməsi zamanı xilasedicilər və yanğınsöndürənlər itkin düşmüş hesab olunan altı nəfərin meyitini aşkar ediblər. Hazırda onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi […]

Hadisə

Sentyabrın 25-də Afinanın mərkəzində yerləşən Plaka rayonunda güclü partlayış və ardınca baş verən yanğın nəticəsində üçmərtəbəli yaşayış binası tamamilə uçub, altı nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə yerli ERT-News telekanalı məlumat yayıb.

Qeyd olunub ki, dağıntıların təmizlənməsi zamanı xilasedicilər və yanğınsöndürənlər itkin düşmüş hesab olunan altı nəfərin meyitini aşkar ediblər. Hazırda onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi aparılır.

Bildirilir ki, binanın üçüncü mərtəbəsində yaşlı ər-arvad, ikinci mərtəbəsində isə ABŞ-dən olan dörd turist yaşayıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisə zamanı binanın birinci mərtəbəsi boş olub.

Partlayış sentyabrın 25-də yerli vaxtla saat 07:35-də (Bakı vaxtı ilə 08:35) baş verib. İlkin olaraq üç nəfərin xəsarət aldığı bildirilmişdi. Partlayışın dəqiq səbəbi hələ müəyyən edilməyib. Araşdırılan versiyalardan birinə görə, binada qaz sızması baş vermiş ola bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.