Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş “narkobaron” Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub.
Əks-səda xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb.
Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrində işləməklə gizlənirmiş. Mersin əyalət Prokurorluğu ilə Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları onu bölgədə aşkar edərək, tutub.
Şübhəli təhlükəsizlik idarəsindən sonra məhkəməyə göndərilib.


