Almaniyanın Ayzenax şəhərində İŞİD terror təşkilatında iştirakda şübhəli bilinən Küveyt əsilli şəxs saxlanılıb.
Əks-səda Almaniya Federal Baş Prokurorluğuna istinadən xəbər verir ki, Qərib S. Almaniya Federal Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 15-də Federal Ali Məhkəmənin istintaq hakiminin verdiyi order əsasında saxlanılıb.
İstintaqın məlumatına görə, şübhəli şəxs 2016-cı ilin avqustunda İraqda İŞİD-ə qoşulub. O, 2017-ci ilin əvvəlinədək təşkilatda hərbi polis əməkdaşı kimi silahlı şəkildə xidmət edib.
Qərib S. saxlanıldıqdan sonra Federal Ali Məhkəmənin istintaq hakiminin yanına aparılıb. Hakim onun həbsdə saxlanılmasına qərar verib.


