Şımkənd (Qırğızıstan) hava limanında dəyəri 227,8 milyon tengə (503 min dollar) olan təxminən 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb.
Əks-səda Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Nəqliyyat Prokurorluğundan bildirilib.
“Özbəkistan vətəndaşları qiymətli metalı Şımkənd hava limanı vasitəsilə qeyri-qanuni olaraq Türkiyəyə aparmağa cəhd ediblər. Qızılı gömrük nəzarətindən gizlətmək üçün onun zərrəcikləri çamadanların daxili astarına və baqajın qablaşdırmasına çəkilib”, – məlumatda qeyd olunub.
Baş Nəqliyyat Prokurorluğunun vəsatətləri əsasında aşkar edilmiş qızıl müsadirə olunub. Şübhəli şəxslər beynəlxalq axtarışa verilib.
Məhkəməyəqədərki istintaq davam edir.


