İspaniyanın “Atletiko” və ya İtaliyanın “Yuventus” klubu qış transfer dönəmində İngiltərə təmsilçisi “Arsenal”ın futbolçusu Noni Maduekeni heyətinə qata bilər.
Əks-səda xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.
24 yaşlı hücumçu 2026/2027 mövsümündə az forma şansı qazanır. “Topçular” forvardı icarəyə verməyi düşünür.
Xatırladaq ki, Madueke 2025-ci ilin yayından “Arsenal”da çıxış edir. O, 43 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


