• Home  
  • “Aston Villa” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir
- Dünya - Gündəm - Idman

“Aston Villa” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir

İngiltərənin “Aston Villa” klubu “Çelsi”nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir. Əks-səda xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib. Mənbənin məlumatına görə, Birmingem təmsilçisi seneqallı futbolçunun transferi ilə bağlı “zadəganlar”la danışıqlara başlayıb. Bildirilir ki, “Aston Villa”nın baş məşqçisi Unai Emeri Nikolas Ceksonu hələ “Vilyarreal”dakı birgə fəaliyyətləri dövründən yüksək qiymətləndirir və futbolçunu […]

İngiltərənin “Aston Villa” klubu “Çelsi”nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir.

Əks-səda xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, Birmingem təmsilçisi seneqallı futbolçunun transferi ilə bağlı “zadəganlar”la danışıqlara başlayıb.

Bildirilir ki, “Aston Villa”nın baş məşqçisi Unai Emeri Nikolas Ceksonu hələ “Vilyarreal”dakı birgə fəaliyyətləri dövründən yüksək qiymətləndirir və futbolçunu komandasında görmək istəyir.

25 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Almaniyanın “Bavariya” klubunda keçirib. “Transfermarkt” portalı onun transfer dəyərini 40 milyon avro qiymətləndirir.

Nikolas Cekson 2026-cı il dünya çempionatında Seneqal millisinin heyətində 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.